• $ 1.7
  • € 2.0167
  • ₽ 0.022015
  • ₺ 0.0389
  • £ 2.314

Vüqar Qurbanov vəzifəsindən azad olunub - Rəsmi

Vüqar Qurbanov vəzifəsindən azad olunub - Rəsmi
16.02.2026 14:36

TƏBİB Vüqar Qurbanovun vəzifədən azad olunmasını təsdiq edib. 

Qurumdan bildirilib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib. 

Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

TƏBİB-in Müşahidə Şurasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti sədri Zaur Əliyev, agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, səhiyyə nazirinin müavini İlqar Qasımov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev təmsil olunur. 

***

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib. Bu barədə Bakupost məlumat paylaşıb. 

Sayt yazır ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.

Məsələ ilə bağlı TƏBİB-dən mövqe almaq mümkün olmayıb. 

Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilib. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Vüqar Qurbanov vəzifəsindən azad olunub - Rəsmi
Cəmiyyət 14:36
Vüqar Qurbanov vəzifəsindən azad olunub - Rəsmi
Bir həftədə necə hektar ərazi minadan təmizlənib?
Cəmiyyət 14:30
Bir həftədə necə hektar ərazi minadan təmizlənib?
Geomaqnit qasırğası gözlənilir
Cəmiyyət 14:02
Geomaqnit qasırğası gözlənilir
Bu müəllimlər üçün attestasiya imtahanı ləğv olunur
Cəmiyyət 13:55
Bu müəllimlər üçün attestasiya imtahanı ləğv olunur
Vüqar Məmmədovun həbs qətimkan tədbirinin uzadılmasına dair apellyasiya şikayəti təmin edilməyib
Cəmiyyət 13:34
Vüqar Məmmədovun həbs qətimkan tədbirinin uzadılmasına dair apellyasiya şikayəti təmin edilməyib
Bakıda bina yanıb, sakinlər təxliyyə edilib
Cəmiyyət 13:21
Bakıda bina yanıb, sakinlər təxliyyə edilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Ombudsman azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib
Cəmiyyət 12:32
Ombudsman azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib
Sabah bir neçə rayonda qaz olmayacaq
Cəmiyyət 12:14
Sabah bir neçə rayonda qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol