• $
  • £

Ombudsman Sumqayıtda iki uşaq internatında ciddi nöqsanlar aşkarlayıb

Ombudsman Sumqayıtda iki uşaq internatında ciddi nöqsanlar aşkarlayıb
19.02.2026 11:10

Sumqayıtda yerləşən iki internat tipli təhsil müəssisəsində uşaqların hüquqlarının təminatı ilə bağlı bir sıra nöqsanlar müəyyən edilib. Bu barədə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) məlumat yayıb. 

Yoxlamalar Sumqayıt şəhər internat tipli gimnaziyası və Sumqayıt şəhər general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyasında aparılıb. Monitorinqlərin məqsədi uşaqlarla rəftar, yaşayış və təhsil şəraiti, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi olub.

Araşdırma nəticələrinə görə, bir internatın yataqxana korpusunun yalnız məhdud hissəsinin istifadədə olması şagirdlərin lazımi yaşayış şəraiti ilə tam təmin olunmadığını göstərib.

Hamam otağının istifadəyə yararsız vəziyyətdə olması və tədris korpusunda sanitar qovşaqların çatışmazlığı müəyyən olunub.

Gigiyena normalarının təminatı və sağlam mühitdə təhsil imkanları ilə bağlı ehtiyaclar qeydə alınıb.

Digər internatda xüsusi qayğıya ehtiyacı olan uşaqların real inteqrasiyasını təmin edən mexanizmlərin və xüsusi inteqrasiya qruplarının yaradılmadığı aşkarlanıb ki, bu da inklüziv təhsilin tam tətbiqinə maneə yaradır.

Hər iki müəssisədə uşaqların geyim və ayaqqabı təminatının Nazirlər Kabinetinin 17 yanvar 1994-cü il tarixli 15 nömrəli qərarı ilə müəyyən edilən normalara tam uyğun həyata keçirilmədiyi, bəzi hallarda gecikmələr və çatışmazlıqlar olduğu müəyyən edilib.

Monitorinqlərin yekununda müəssisə rəhbərlərinə maddi-texniki bazanın gücləndirilməsi, yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, sanitariya-gigiyena normalarına riayət və inklüziv mühitin formalaşdırılması ilə bağlı tövsiyələr verilib. Tövsiyələrin icrası nəzarətdə saxlanılacaq.

Başçəkmələrin nəticələri barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət ediləcəyi bildirilib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah yağış yağacaq
Cəmiyyət 12:51
Sabah yağış yağacaq
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 12:21
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 11:38
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Cəmiyyət 11:00
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib
Cəmiyyət 10:46
Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib
FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 09:58
FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Yol polisi sürücülərə müraciət edib
Cəmiyyət 09:45
Yol polisi sürücülərə müraciət edib
Xəzər dənizində zəlzələ baş verib
Cəmiyyət 09:00
Xəzər dənizində zəlzələ baş verib
Zabrat-Maştağa yolunda təmirlə əlaqədar bir sıra marşrutlarda gecikmələr gözlənilir
Cəmiyyət 22:51
Zabrat-Maştağa yolunda təmirlə əlaqədar bir sıra marşrutlarda gecikmələr gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol