Peşə təhsili üzrə ixtisasların təsnifatı yenilənir
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yenilənməsi məqsədilə yaradılmış İşçi qrupun ilk iclası keçirilib.
İclasda İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Turizm Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak edib. İclas Elm və Təhsil Nazirliyinin müavini və Komissiyanın sədri Kənan Kərimzadənin rəhbərliyi ilə təşkil olunub.
Kənan Kərimzadə son illərdə peşə təhsili sahəsində aparılan sistemli islahatlar, peşə təhsilinin əhatəliliyinin genişlənməsi və yerli ilə qlobal əmək bazarındakı dəyişikliklərə uyğun kadr hazırlığının vacibliyi barədə iştirakçılara məlumat verib. Nazir müavini mövcud təsnifat sənədinin yenilənməsinin zəruriliyini vurğulayıb.
İclasda nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva yeni təsnifat layihəsini təqdim edərək struktur, əsas prinsiplər və İşçi qrupundan gözləntiləri açıqlayıb. Daha sonra aidiyyəti qurumların nümayəndələrinin təklifləri dinlənilib və iclas müzakirə formatında davam etdirilib.
Aytac
Son xəbərlər
Daha çox