2025-ci ildə 54 rayonda aqrar sığorta ödənişləri 9,2 mln manat təşkil edib
2025-ci ildə Azərbaycanın 54 rayonunda fermer və təsərrüfatlara ümumilikdə 9,2 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib. Bu barədə Aqrar Sığorta Fondunun məlumatında deyilir.
Ötən il bitkiçilik məhsulları ilə bağlı baş verən zərərlər üzrə 51 rayonda 8,8 milyon manat, heyvandarlıq təsərrüfatlarında isə 21 rayonda 400 min manat sığorta ödənişləri edilib. Əvvəlki illə müqayisədə Zərdab, Astara, Oğuz, Abşeron, Siyəzən, Xızı, Sabunçu və Cəbrayıl rayonlarında, eləcə də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında – Bəbək və Şahbuz rayonlarında sığorta ödənişləri həyata keçirilib.
Aqrar sığorta mexanizmi bitkiləri dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma, leysan, yanğın, vəhşi heyvanların hücumu və 3-cü şəxslərin hərəkətləri kimi risklərdən, kənd təsərrüfatı heyvanlarını isə yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, vəhşi heyvanların hücumu, ilan və həşərat sancması, yanğın, təbii fəlakətlər, qəza və 3-cü şəxslərin hərəkətləri kimi risklərdən qoruyur.
Fermerlər üçün sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir, nəticədə təsərrüfatlarını cüzi ödənişlə sığortalamaq mümkündür.
Gülnar
Son xəbərlər
Daha çox