Samuxda baltalanan şəxs ölüb
Samux rayonunda baş nahiyəsindən balta ilə ağır xəsarət alan şəxs xəstəxanada vəfat edib. Bu barədə Reportun Qərb bürosu məlumat yayıb.
1955-ci il təvəllüdlü rayon sakini ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilsə də, göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatları hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox