Azərbaycanda kefiyyətli uşaq filmləri çəkilmir
Azərbaycanda uşaq filmlərinin sayı və keyfiyyəti çox məhduddur, bəzi illərdə tammetrajlı layihələr demək olar ki, çəkilmir. Bu barədə deputat Zahid Oruc deyib.
O bildirib ki, əsas istehsal seriallar, animasiya və əyləncə xarakterli proqramlar üzrədir, lakin milli dəyərlər, tarix və qəhrəmanlıq mövzuları əksər hallarda çatdırılmır.
Deputat vurğulayıb ki, peşəkar uşaq kino komandaları, ssenariçilər və animasiya üzrə ixtisaslaşmış kadrlar azdır, nəticədə uşaqlar daha çox xarici məhsullarla böyüyür, milli mədəniyyət və dil elementləri zəif ötürülür. Bu isə mədəni assimilyasiya və milli kimliyin zəifləməsi riskini artırır.
Deputat həmçinin qeyd edib ki, uşaq animasiyası sahəsi tarixi potensiala malik olsa da, hazırda inkişaf üçün ciddi çətinliklərlə üzləşir. Ölkəmizdə cizgi filmləri XX əsrin 30-cu illərindən başlayaraq 60-70-ci illərdə uğurlu layihələr həyata keçirilib, lakin bu gün uşaqların böyük hissəsi xarici qəhrəmanlarla böyüyür, milli nağıl və mifologiya obrazları isə fiziki olaraq onlara təqdim edilmir.
Gülnar Nazimqızı