Sərhədi pozmağa çalışan şəxslərlə DSX əməkdaşları arasında insident yaşanıb
Yardımlıda sərhədi pozmağa çalışan şəxslərlə Dövlət Sərhədi Xidməti əməkdaşları arasında insident yaşanıb.
Bakupost xəbər verir ki, insident İranla sərhədi pozaraq, Azərbaycana keçmək istəyən şəxslərin qanunsuz hərəkətinin qarşısını alarkən baş verib.
Hadisə fonunda silah səsləri eşidilib. Əraziyə hüquq-mühafizə əməkdaşları cəlb edilib.
Qanunsuz şəkildə Azərbaycana keçmək istəyən şəxslərinin əməlinin qarşısı alınıb.