Ötən gün xeyli silah-sursat aşkarlanıb
Fevralın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 14 tüfəng, 4 patron darağı və 311 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 20-də ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.