İki rayonda canavarlar kəndlərə hücum edib
Lənkəran və Masallıda canavarların kəndlərə hücumu bölgədə ciddi narahatlıq yaradıb.
“Qafqazinfo”nun məlumatına görə, bir neçə gündür ki, canavarlar kəndləri qorxu içində saxlayır.
Onlar əsasən, Lənkəran rayonunun Zövlə kəndində, eləcə də Masallı rayonunun Mollon və Mahmudavar kəndlərində mal-qaraya və atlara hücum edib.
Heyvanların ölməsi ilə vətəndaşlara ciddi maddi ziyan dəyib.
Kənd sakinləri məcbur qalaraq əllərinə müxtəlif təsərrüfat alətləri alıb canavarları yaşayış məntəqələrindən uzaqlaşdırmağa çalışırlar. Onlar artıq övladlarını məktəbə göndərməyə ehtiyat edirlər.
Sakinlər aidiyyəti qurumlardan canavarların kəndlərdən uzaqlaşdırılması üçün təcili tədbirlər gözləyirlər.
Son xəbərlər
Daha çox