Həbsdə olan jurnalistin bacısı vəfat edib
“Meydan TV işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın bacısı Zəminə Ağayeva vəfat edib. Məlumat jurnalistin yaxınlarının sosial şəbəkələrdə yaydığı paylaşımlarda yer alıb.
Şəmşad Ağa son aylarda ailəsində bir neçə itki ilə üzləşib — ötən ay anası, 2024-cü ilin oktyabrında isə qardaşı qızı vəfat etmişdi.
Şəmşad Ağa “Meydan TV” işi Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə həbs edilib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox