• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

"Hər işdə birinci qadınlar"

"Hər işdə birinci qadınlar"
24.02.2026 13:48

Bayram alış-verişiniz qadın sahibkarların gücünə güc qatsın 

Birbank Biznes 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın sahibkarları dəstəkləmək məqsədilə xüsusi təşəbbüslə çıxış edir. 

Belə ki, 1 mart 2026-cı il tarixində xanım sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək. PASHA Malls-un dəstəyi ilə baş tutacaq yarmarka Crescent Mall-da saat 10:00-da start götürəcək. 

Hər kəsin dəvətli olduğu yarmarkada bir-birindən unikal əl işləri və hədiyyələr layihəyə özəl, xüsusi endirimli qiymətlərlə satışa çıxarılacaq. 

Layihə qadın sahibkarların öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi, satış imkanlarını artırması, eləcə də yeni müştəri və tərəfdaşlarla əlaqə qurması üçün unikal platforma rolunu oynayacaq.  Birbank Biznes bu təşəbbüslə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir. Həmçinin, yarmarka ziyarətçilərə ölkənin müxtəlif biznes istiqamətində fəaliyyət göstərən qadın sahibkarların məhsul və xidmətləri ilə tanış olmaq, onları dəstəkləmək və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmaq şansı yaradacaq. 

Doğmalarına dəyərli və unikal hədiyyələr almaq, eləcə də ölkədə qadın sahibkarlığının inkişafına dəstək olmaq istəyən hər kəs 1 mart tarixində Crescent Mall-a dəvətlidir. 

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Samir Nuriyev “Heydər Əliyev” ordenini Xalq şairi Nəriman Həsənzadəyə təqdim edib
Cəmiyyət 15:20
Samir Nuriyev “Heydər Əliyev” ordenini Xalq şairi Nəriman Həsənzadəyə təqdim edib
Bazarstore tıxacda qalan oruclular üçün iftar paketləri paylayıb
Cəmiyyət 14:13
Bazarstore tıxacda qalan oruclular üçün iftar paketləri paylayıb
Prezident sərəncam imzalayıb
Cəmiyyət 14:11
Prezident sərəncam imzalayıb

ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür
Cəmiyyət 13:50
ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür
"Hər işdə birinci qadınlar"
Cəmiyyət 13:48
"Hər işdə birinci qadınlar"

Sabah hava çiskinli olacaq
Cəmiyyət 13:11
Sabah hava çiskinli olacaq

Nəsimi rayonunun bəzi ərazilərdə işıq olmayacaq
Cəmiyyət 12:59
Nəsimi rayonunun bəzi ərazilərdə işıq olmayacaq

Metroda qatarların hərəkət intervalı bərpa olunub
Cəmiyyət 12:34
Metroda qatarların hərəkət intervalı bərpa olunub
Qarabağda hər kəs öz istədiyi formada ev tikməməlidir - Siyavuş Novruzov
Cəmiyyət 12:25
Qarabağda hər kəs öz istədiyi formada ev tikməməlidir - Siyavuş Novruzov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol