Samir Nuriyev “Heydər Əliyev” ordenini Xalq şairi Nəriman Həsənzadəyə təqdim edib
Samir Nuriyev dövlət başçısının tapşırığı ilə Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edərək onu mədəniyyətin inkişafındakı xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edib.
Görüş zamanı Prezident Administrasiyasının rəhbəri şairi 95 illik yubileyi münasibətilə İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından təbrik edib və səmimi salamlarını çatdırıb.
Bildirilib ki, Nəriman Həsənzadənin çoxşaxəli yaradıcılığı Azərbaycan ədəbiyyatının zənginləşməsinə mühüm töhfə verib, milli-mənəvi dəyərlərin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətli rol oynayıb.
Xalq şairi isə göstərilən diqqətə görə dövlət başçısına və birinci xanıma təşəkkürünü bildirib, mədəniyyət və incəsənət xadimlərinə göstərilən dövlət dəstəyini yüksək qiymətləndirib.
Son xəbərlər
Daha çox