• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Azərbaycanda at xəstəliklərindən azad zonaların yaradılmasına başlanılıb

Azərbaycanda at xəstəliklərindən azad zonaların yaradılmasına başlanılıb
24.02.2026 16:06

Azərbaycanda idman atlarının beynəlxalq yarışlarda, xüsusilə Avropa turnirlərində fasiləsiz iştirakını təmin etmək məqsədilə at xəstəliklərindən azad zonaların yaradılması istiqamətində işlərə başlanılıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, Avropa ölkələri atların idxalı zamanı ciddi epizootik və biotəhlükəsizlik tələbləri tətbiq edir və bu standartlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən müəyyən edilir.

Mövcud mexanizmlər tam uyğunlaşdırılmadıqda idman atlarının xaricə daşınması zamanı əlavə prosedurlar və məhdudiyyətlər yarana bilər. Bu səbəbdən ölkədə “at xəstəliklərindən azad zona” və ya “kompartment” modelinin tətbiqi planlaşdırılır.

Mövzu ilə bağlı keçirilən görüşdə AQTA ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və beynəlxalq ekspertlər iştirak ediblər.

AQTA sədrinin müavini Balarəhim Quliyev bildirib ki, müvafiq statusun əldə olunması üçün obyektlərdə beynəlxalq baytarlıq və biotəhlükəsizlik standartlarına uyğun infrastruktur yaradılmalı, idman atlarının hərəkətinə xüsusi nəzarət sistemi tətbiq edilməlidir.

Tələblər yerinə yetirildikdən sonra beynəlxalq təşkilata rəsmi müraciət olunacaq və obyektlərin azad zona kimi tanınması mümkün olacaq. Bu status idman atlarının yarış keçirilən ölkələrə daha operativ və məhdudiyyətsiz daşınmasına imkan verəcək.

Layihənin at xəstəlikləri riskini azaltmaqla yanaşı, Azərbaycanın beynəlxalq atçılıq yarışlarında təmsilçiliyini gücləndirəcəyi gözlənilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi rayonlara qar yağır - Faktiki hava
Cəmiyyət 17:18
Bəzi rayonlara qar yağır - Faktiki hava
Bakıdakı 67 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 16:51
Bakıdakı 67 nömrəli marşrutun avtobusları yenilənir
Səhiyyə Nazirliyi vətəndaşları saxta yoxlamalarla bağlı xəbərdar edib
Cəmiyyət 16:10
Səhiyyə Nazirliyi vətəndaşları saxta yoxlamalarla bağlı xəbərdar edib
Azərbaycanda at xəstəliklərindən azad zonaların yaradılmasına başlanılıb
Cəmiyyət 16:06
Azərbaycanda at xəstəliklərindən azad zonaların yaradılmasına başlanılıb
KOBİA ilə AZPROMO birləşdirildi - fərman
Cəmiyyət 16:01
KOBİA ilə AZPROMO birləşdirildi - fərman
Samir Nuriyev “Heydər Əliyev” ordenini Xalq şairi Nəriman Həsənzadəyə təqdim edib
Cəmiyyət 15:20
Samir Nuriyev “Heydər Əliyev” ordenini Xalq şairi Nəriman Həsənzadəyə təqdim edib
Bazarstore tıxacda qalan oruclular üçün iftar paketləri paylayıb
Cəmiyyət 14:13
Bazarstore tıxacda qalan oruclular üçün iftar paketləri paylayıb
Prezident sərəncam imzalayıb
Cəmiyyət 14:11
Prezident sərəncam imzalayıb

ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür
Cəmiyyət 13:50
ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol