Bakıda 8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Bakının Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, məhdudiyyətlə əlaqədar 4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli müntəzəm avtobusların hərəkəti alternativ küçələrdən təşkil ediləcək:
4 nömrəli marşrut - Bakı Ağ Şəhər – Nəriman Nərimanov metrostansiyası: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
Nəriman Nərimanov metrostansiyası - Bakı Ağ Şəhər: Neftçilər prospekti – 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi ("Boulevard Hotel Baku") – 1-ci Yaşıl ada küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
10 nömrəli marşrut
Bakı Ağ Şəhər – Yasamal yaşayış kompleksi (MİDA): 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
Yasamal yaşayış kompleksi (MİDA) - Bakı Ağ Şəhər: Neftçilər prospekti – 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi ("Boulevard Hotel Baku"), daha sonra öz hərəkət sxemi üzrə;
21 nömrəli marşrut
Əhmədli metrostansiyası – "28 May" NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
30 nömrəli marşrut
Xalqlar Dostluğu metrostansiyası – "28 May" NMM: Babək prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
28 May NMM – Neftçilər metrostansiyası: Yusif Səfərov küçəsi - Babək prospekti, daha sonra öz hərəkət sxemi üzrə;
32 nömrəli marşrut
Neftçilər metrostansiyası – "28 May" NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
"28 May" NMM - Neftçilər metrostansiyası: Neftçilər prospekti – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə;
46 nömrəli marşrut
Günəşli qəsəbəsi – "28 May" NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
"28 May" NMM - Günəşli qəsəbəsi: Neftçilər prospekti – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə;
49 nömrəli marşrut
68 nömrəli məktəb (Sabunçu rayonu) – "28 May" NMM: Nəcəfqulu Rəfiyev küçəsi - 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
"28 May" NMM - 68 nömrəli məktəb (Sabunçu rayonu): Neftçilər prospekti – 8 Noyabr prospekti - Nəcəfqulu Rəfiyev küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
120 nömrəli marşrut
Hövsan qəsəbəsi – "28 May" NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.