• $
  • £

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan musiqi layihəsi Qarabağda həyata keçirilib

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan musiqi layihəsi Qarabağda həyata keçirilib
26.02.2026 15:34

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına təşkil olunan səfər çərçivəsində “Xocalı 34: Musiqidə yaşayan ağrı” layihəsi reallaşdırılıb. Layihə Vətən Bağı Sosial Təşəbbüslər ictimai birliyi tərəfindən həyata keçirilib.

Təşəbbüsün əsas məqsədi 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı qurbanlarının xatirəsini musiqi vasitəsilə yad etmək, milli yaddaşı sənətin dili ilə ifadə etmək olub.

Səfər 44 günlük Vətən müharibəsinin iştirakçısı, tarzən Tural Süleymanovun illərdir arzuladığı bir niyyətin gerçəkləşməsi ilə yadda qalıb. Ağdam Şəhidlər xiyabanının ziyarətindən sonra onun ifasında tar sədaları Əsgəran qalasında səslənib. Musiqiçini gitarada Elçin Rzayev müşayiət edib, vokalist Qulu Hüseynovun ifasında səslənən “Xudayar təsnifi” kompozisiyaya xüsusi emosional ovqat qatıb.

Layihə iştirakçıları daha sonra Xocalı Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıblar, məzarlar üzərinə qərənfillər düzüblər.

Səfər çərçivəsində Xankəndi, Şuşa, Laçın, Qubadlı və Cəbrayıl rayonlarında da Azərbaycan musiqisinin sədaları səsləndirilib.

Layihənin müəllifi, “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev bildirib ki, təşəbbüs yalnız anım xarakteri daşımır, həm də musiqi vasitəsilə milli birliyin və mənəvi gücün nümayişinə xidmət edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:30
Bu ərazilərdə işıq olmayacaq
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 21:45
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var
Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var - Video
Cəmiyyət 19:44
Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var - Video
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:07
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
Cəmiyyət 18:13
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
ABŞ-də benzin 4 dollar bahalaşıb
Cəmiyyət 17:50
ABŞ-də benzin 4 dollar bahalaşıb
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Cəmiyyət 17:15
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Balıq ovu aprelin 1-dən qadağan edilir
Cəmiyyət 17:07
Balıq ovu aprelin 1-dən qadağan edilir
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 16:38
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol