Bu il Xocavənddə 792 ev təmir ediləcək
2026-cı ildəXocavənddə daha 792 ev təmir ediləcək. Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli bildirib.
O bildirib ki, qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır.
2025-ci ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 194 nəfər, Qırmızı Bazar qəsəbəsinə 604 nəfər, Sos kəndinə 360 nəfər, Hadrut qəsəbəsinə 233 nəfər, Xocavənd kəndinə isə 94 nəfər olmaqla, ümumilikdə 1485 nəfərin - 355 ailənin qayıdışı təmin edilib.
Xocavəndin ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir.
Aytac