Şamaxıda yenidən zəlzələ olub - Yenilənib
Şamaxıda yenidən zəlzələ olub.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, təkanlar yerli vaxtla saat 08.31-də Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb.
Yerin 13 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3 olub və təkanlar hiss olunmayıb.
***
Şamaxıda daha bir zəlzələ qeydə alınıb.Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yeraltı təkan yerli vaxtla 19:12-də baş verib.
9 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.
***
Azərbaycanda hissedilən zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, zəlzələ Şamaxıda baş verib.
Yeraltı təkan yerli vaxtla 15:52-də baş verib.
12 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 4,7-dir.
Son xəbərlər
Daha çox