Xırdalanda 36 yaşlı qadın 12-ci mərtəbədən yıxılaraq ölüb
Abşeron rayonunun Xırdalan şəhərində 36 yaşlı Mehdiyeva Zeynəb Mehdi qızı yaşayış binasının 12-ci mərtəbəsindən yıxılaraq ölüb.Bu barədə APA xəbər verir.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.