Şamaxıya baş memar təyin edildi
Şamaxı Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Oxu.az xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Əmr imzalayıb.
Əmrə əsasən, Rəvan Əlizadə qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri - şəhərin baş memarı vəzifəsinə təyin olunub.
Əlizadə artıq vəzifəsinin icrasına başlayıb.
Son xəbərlər
Daha çox