• $
  • £

Martın ilk gününün hava proqnozu

Martın ilk gününün hava proqnozu
28.02.2026 12:56

Martın 1-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə və axşam bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu təxirə salınıb
Cəmiyyət 13:50
Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu təxirə salınıb
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 13:43
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti dayandırılıb
Martın ilk gününün hava proqnozu
Cəmiyyət 12:56
Martın ilk gününün hava proqnozu
Kazan və Moskvadan Dubaya uçan təyyarələr Bakıya eniş edib
Cəmiyyət 12:52
Kazan və Moskvadan Dubaya uçan təyyarələr Bakıya eniş edib
Xınalıqda qarın hündürlüyü 34 sm-ə çatıb - Faktiki hava
Cəmiyyət 12:30
Xınalıqda qarın hündürlüyü 34 sm-ə çatıb - Faktiki hava
Bakıda evdən 6 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 11:39
Bakıda evdən 6 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Bakı-Dubay və Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən geri qayıdıb
Cəmiyyət 11:33
Bakı-Dubay və Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən geri qayıdıb
Ötən gün 19 silah, iki qumbara aşkarlanıb
Cəmiyyət 10:00
Ötən gün 19 silah, iki qumbara aşkarlanıb
Şamaxıya baş memar təyin edildi
Cəmiyyət 09:26
Şamaxıya baş memar təyin edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol