Cümə məscidi təmir olunacaq - Sərəncam
Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün 1,6 milyon manat vəsait ayrılıb. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla bu vəsait Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılıb.