İlqar Hacıyev qiyabi 15 il həbs cəzasına məhkum edilib
Akkord İnşaat Sənaye ASC-nin keçmiş sahibi **İlqar Hacıyev**in qiyabi icraat üzrə aparılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda oxunan hökmə əsasən, İlqar Hacıyev külli miqdarda dələduzluqda və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirli bilinərək qiyabi 15 il azadlıqdan məhrum edilib.
Məlumata görə, daha əvvəl Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. İstintaqa gəlmədiyi və ölkədən kənarda gizləndiyi üçün ona ittihamın elan olunması mümkün olmayıb.
Məlumatı Qafqazinfo yayıb.