26 əmək yarmarkasında 1654 vakansiya təqdim olunub – Dövlət Məşğulluq Agentliyi
Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin iki ayında paytaxt və regionlarda 26 əmək yarmarkası təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumun aktiv məşğulluq tədbirlərində 206 işəgötürən tərəfindən 1654 vakansiya təqdim olunub.
Yarmarkalarda işsiz və işaxtaran şəxslərə mövcud boş iş yerləri və vakansiyalara dair tələblər barədə məlumat verilib, müraciət edənlərin CV-ləri qəbul olunaraq uyğun namizədlər müsahibə mərhələsinə dəvət edilib.
Tədbirlər çərçivəsində iştirakçılar Agentliyin digər aktiv məşğulluq proqramları və müraciət prosedurları barədə məlumatlandırılıb, onlara karyera məsləhəti xidmətləri göstərilib.