Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Martın 3-də ölkə ərazisində 68 yeni cinayət və əvvəlki dövrlərdən bağlı qalan 23 cinayət açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Həmçinin, axtarışda olan 177 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə bağlı 31 fakt, qanunsuz silah-sursatın aşkarlanması ilə bağlı isə 22 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər də saxlanılıb.
Gülnar Nazimqızı