Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
İranın mərhum Ali Lideri Ayətullah Əli Xamenei ilə vida mərasimi bu gün yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə saat 23:30) başlayacaq və üç gün davam edəcək. Bu barədə İslam Təbliğat Koordinasiya Şurasının rəhbəri Məhəmməd Hüseyn Musapur İran dövlət televiziyasına müsahibəsində bildirib.
"Bu axşam saat 22:00-dan etibarən İmam Xomeyni məscidi inqilabçı xalqı qarşılayacaq. Bu axşamdan etibarən vida mərasimi üç gün ərzində gecə-gündüz davam edəcək”, - o qeyd edib.