• $
  • £

Azərbaycan dili imtahanının nəticələri elan olunub

Azərbaycan dili imtahanının nəticələri elan olunub
04.03.2026 12:59

Doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili imtahanının nəticələri elan olunub.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 15 fevral 2026-cı il tarixində xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (fevralın 16-da əcnəbilər üçün Azərbaycan dili imtahanı) keçirilib. 19 fevralda isə iddiaçıların danışıq bacarıqları yoxlanılıb.

İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin vizual təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər.

250 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 1 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib.

89 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Həm xarici dillər üzrə fəlsəfə doktoru imtahanında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər blok üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 5 və 6 mart tarixlərində saat 10:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasına yaxınlaşıb ərizə yazmalıdırlar. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Müraciətlər 11 mart 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə cavablandırılacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Bakıda oteldə anasını öldürən oğlana hökm oxunub
Cəmiyyət 13:58
Bakıda oteldə anasını öldürən oğlana hökm oxunub
MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb
Cəmiyyət 13:36
MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Cəmiyyət 12:59
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Cəmiyyət 12:44
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Bayramlara görə pensiyalar tez ödəniləcək
Cəmiyyət 12:13
Bayramlara görə pensiyalar tez ödəniləcək
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Cəmiyyət 12:01
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Cəmiyyət 11:12
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
ABŞ və İsrailin əməliyyatları səbəbindən İrandan Azərbaycana 1,161 nəfər təxliyə olunub
Cəmiyyət 11:08
ABŞ və İsrailin əməliyyatları səbəbindən İrandan Azərbaycana 1,161 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol