• $
  • £

İranın hücumu nəticəsində 4 nəfər xəsarət alıb/Yenilənib

İranın hücumu nəticəsində 4 nəfər xəsarət alıb/Yenilənib
05.03.2026 14:50

İranın pilotsuz uçuş aparatları ilə Naxçıvan Muxtar Respublikasında yerləşən Naxçıvan Beynəlxalq Hava Limanına hücumu nəticəsində xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.

Məlumata əsasən, Babək rayonunun Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında işləyərkən partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hadisə nəticəsində onda eşitmə qabiliyyəti ilə bağlı problemlər müşahidə olunub. Hazırda vəziyyətinin qiymətləndirilməsi üçün tibbi müayinələr aparılır.

Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov hadisə zamanı çiyin nahiyəsindən yaralanıb. Ona tibbi müdaxilə edilib və müalicəsi davam etdirilir.

Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğası nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Onun da müalicəsi davam etdirilir.

Digər yaralı, Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb.

Həkimlərin bildirdiyinə görə, yaralıların vəziyyəti stabil qiymətləndirilir və həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.

 

****

İranın Naxçıvana pilotsuz uçuş aparatı ilə hücumu nəticəsində dörd nəfər xəsarət alıb.

Bunu Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərov "Report"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə 4 nəfərdən müraciət daxil olub və zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.

Həkim qeyd edib ki, yaralılardan iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.

Hazırda onların hamısı müvafiq şöbələrə yerləşdirilib və vəziyyətlərinin stabil olduğu bildirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil olunub
Cəmiyyət 16:17
Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil olunub
Baş Prokurorluq Naxçıvandakı hadisəyə görə cinayət işi açıb
Cəmiyyət 15:47
Baş Prokurorluq Naxçıvandakı hadisəyə görə cinayət işi açıb
İranın hücumu nəticəsində 4 nəfər xəsarət alıb/Yenilənib
Cəmiyyət 14:50
İranın hücumu nəticəsində 4 nəfər xəsarət alıb/Yenilənib
Aeroporta düşən dronun qalıqları - Fotolar
Cəmiyyət 13:35
Aeroporta düşən dronun qalıqları - Fotolar
Müdafiə Nazirliyi - Azərbaycan İrana cavab tədbirləri hazırlayır
Cəmiyyət 13:26
Müdafiə Nazirliyi - Azərbaycan İrana cavab tədbirləri hazırlayır
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:37
Sabahın hava proqnozu açıqlanıb
İran Naxçıvanı vurub - Video
Cəmiyyət 12:07
İran Naxçıvanı vurub - Video
Azərbaycanın könüllü vergi əməl göstəricisi 92,6%-ə çatıb – Orxan Nəzərli
Cəmiyyət 11:46
Azərbaycanın könüllü vergi əməl göstəricisi 92,6%-ə çatıb – Orxan Nəzərli
İrana sızmağa çalışan terrorçularzərərsizləşdirilib
Cəmiyyət 11:36
İrana sızmağa çalışan terrorçularzərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol