“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Qafqazinfo-nun məlumatına görə, Həmzəyeva külli miqdarda dələduzluqda ittiham olunur. İstintaqdan yayınan K.Həmzəyeva axtarışa verilib, hazırda Xəzər Rayon Polis İdarəsində iş üzrə istintaq davam etdirilir.
Bir ay əvvəl tanınmış influenserlər Fidan Zeyn və Azerina Həmzəyevadən şikayətçi olublar. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edərək Həmzəyevanın 150 min manat vəsaitlərini mənimsədiyini bildiriblər.