Bu məktəbə lisey statusu verilib
Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilib.
"Unikal"ın məlumatına görə, məktəbə 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib.
Bununla əlaqədar olaraq, Liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb. Liseyə şagird qəbulu yalnız VII sinifdən etibarən mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.
Valideynlərdən və şagirdlərdən qəbul prosesi ilə bağlı bu dəyişiklikləri nəzərə almaları xahiş olunur.
Son xəbərlər
Daha çox