Sabunçuda günəş çıxmayana kimi bu problem həll olunmur - Deputat
Bakıxanov qəsəbəsində bəzi binaların zirzəmilərində su ilə bağlı işlər aparılsa da, ciddi tədbirlər görülməyib. Bunu deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yüzlərlə binada eyni problem hələ də qalır.
Deputat qeyd edib ki, Sabunçu rayonunda kanalizasiya sistemi problemləri hələ də davam edir.
“Yağış yağanda hər yer su ilə dolur və günəş çıxana qədər bu problem həll olunmur”, - o deyib.
Fazil Mustafa vurğulayıb ki, bu istiqamətdə sabit və effektiv tədbirlərin görülməsi zəruridir.
Gülnar Nazimqızı