Deputat: Ağsuda zəlzələdən zərər görən 477 ev hələ də təmir olunmayıb
Ağsu şəhərində içməli su təminatı uzun müddətdir sakinləri narahat edən əsas problemlərdən biridir və bu problem xüsusilə yay aylarında daha qabarıq şəkildə özünü göstərir. Bunu deputat Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, şəhərin dayanıqlı içməli su ilə təmin edilməsi üçün yeni su mənbələrinin müəyyənləşdirilməsi, mövcud su şəbəkəsinin yenilənməsi və kompleks layihələrin həyata keçirilməsi vacibdir.
Deputat diqqətə çatdırıb ki, 2019-cu ilin fevralında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması prosesi də hələ tam başa çatmayıb. Həmin dövrdə aparılan qiymətləndirmələr zamanı 2175 evin təmirə ehtiyacı olduğu müəyyən edilib. Dövlət dəstəyi və yerli imkanlar hesabına 1698 fərdi yaşayış evi təmir olunaraq sakinlərin istifadəsinə verilsə də, vəsait çatışmazlığı səbəbindən 477 evdə təmir işləri hələ də aparılmayıb.
Mirzəbəyli bildirib ki, ötən illər ərzində zədələr daha da dərinləşib və sakinlər üçün əlavə çətinliklər yaradıb. Deputat ümid etdiyini bildirib ki, hökumət bu problemlərin aradan qaldırılmasını diqqətdə saxlayacaq.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox