Deputat: Salyanda şagirdlər 4 növbədə oxumağa məcburdur
Salyan rayonunun Aşağı və Yuxarı Noxudlu kəndlərindəki məktəblərdə oxuyan 513 şagird hazırda digər məktəblərə təhsil almağa məcbur olublar. Bu barədə deputat Sadiq Qurbanov Milli Məclisdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu vəziyyət xüsusilə ibtidai sinif şagirdləri üçün ciddi çətinliklər yaradır. Şagirdlər məktəbə getmək üçün 5–6 kilometr məsafə qət etməli olur.
Deputat qeyd edib ki, bu səbəbdən məktəblərdə dərslər 4 növbədə təşkil olunur, bu da tədris prosesinə əlavə çətinliklər yaradır.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox