Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Paytaxtın Binəqədi rayonunun ərazisində təkər və məişət tullantıları yığılmış ərazidə baş verən yanğının qarşısı alınıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində təkər və məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Son xəbərlər
Daha çox