Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Sumqayıtda 39 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
"Report"un məlumatına görə,hadisə şəhərin Sülh prospekti ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
1987-ci il təvəllüdlü Xəyalə Əzizbəy qızı Kərimova evdə dəm qazının sızması nəticəsində zəhərlənərək həyatını itirib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər