Yanvarda xarici ticarət dövriyyəsi 3,09 milyard dollar olub
2026-cı ilin yanvarında Azərbaycan hüquqi və fiziki şəxsləri dünyanın 128 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib, 81 ölkəyə məhsul ixrac olunub, 122 ölkədən idxal edilib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Gömrük rəsmiləşdirilməsi tamamlanmamış xam neft və təbii qaz daxil olmaqla, yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 3,092,1 milyon ABŞ dolları, o cümlədən ixrac 1,789,9 milyon dollar, idxal 1,302,2 milyon dollar təşkil edib. Nəticədə 487,7 milyon dollar müsbət ticarət saldosu yaranıb.
2025-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 25,1 faiz, real ifadədə 29,1 faiz azalıb. İdxal 52,1 faiz, ixrac isə 6,4 faiz aşağı düşüb.
Xarici ticarət əməliyyatlarının 91 faizi əsasən İtaliya, Türkiyə, Çin, Rusiya, Rumıniya, Almaniya, Bolqarıstan, Gürcüstan, İran, Yunanıstan, İsveçrə, Portuqaliya, Çexiya, Xorvatiya, ABŞ, Belarus, Ukrayna, Suriya, Qazaxıstan, Tunis və Özbəkistanla aparılıb.
Ölkəyə idxal olunan məhsulların pay bölgüsü belə olub: Çin – 31,3%, Rusiya – 12,7%, Türkiyə – 12,6%, İran – 4,3%, Almaniya – 3,5%, İtaliya – 3,3%, Belarus – 2,5%, ABŞ – 2,4%, Qazaxıstan – 1,7%, Ukrayna – 1,6%, Özbəkistan, Koreya, Yaponiya, Hindistan və Fransa – hər biri 1,5%, Birləşmiş Krallıq – 1,3%, Vyetnam – 1,0%, Braziliya – 0,9%, Polşa, İsveçrə və BƏƏ – hər biri 0,8%, qalan 11% isə digər ölkələrin payına düşüb.
Aytac Zeynalova