Neftçalada avtomobil kanala aşıb, iki qardaş ölüb
Neftçalada avtomobilin kanala aşması nəticəsində iki qardaş ölüb.
"Report"un məlumatına görə, hadisə rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili qəfil idarəetmədən çıxıb, yolun kənarındakı kanala aşıb.
Qəza nəticəsində kənd sakinləri, 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox