DİN: Bir gündə 47 cinayət açılıb, 45 axtarışda olan saxlanılıb
Martın 20-də ölkə üzrə 45 cinayət və əvvəlki dövrlərdən bağlı qalan 2 faktın açılması təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyi bildirib.
Məlumata görə, axtarışda olan ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 28 nəfər saxlanılıb.
Eyni zamanda, narkotiklərlə bağlı 15, qanunsuz silah-sursatla əlaqədar 10 fakt aşkarlanıb.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Son xəbərlər
Daha çox