• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Bəzi bölgələrə qar yağıb - Faktiki hava açıqlanıb

Bəzi bölgələrə qar yağıb - Faktiki hava açıqlanıb
21.03.2026 12:03

Ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunub, Şahdağa isə qar yağıb. Bununla bağlı Milli Hidrometeorologiya Xidmətinin martın 21-i saat 11:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 9, Balakən və Oğuzda 5, Tərtərdə 4, Şahbuz, Şəki, Qəbələ, Zaqatala, Xaltan (Quba), Beyləqan və Ağdamda 3, Astara, Şərur, Sədərək, Naftalan, İsmayıllı, Şamaxı, Xızı, Bərdə, Zərdab, İmişli, Sabirabad və Biləsuvarda 2, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Qobustan, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Cəlilabad, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Martın 20-də bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Qusarda (Şahdağ) 20, Şabranda 18, Kəlbəcərdə 17 m/s-dək güclənib.

Sumqayıt, Daşkəsən, Göygöl, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Şamaxı, Qusar, Qobustan, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb
Cəmiyyət 12:34
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb
Sabah bəzi bölgələrə yağış yağacaq - Proqnoz
Cəmiyyət 12:31
Sabah bəzi bölgələrə yağış yağacaq - Proqnoz
Ağdaş və Qəbələnin bəzi ərazilərində qaz kəsilib
Cəmiyyət 12:07
Ağdaş və Qəbələnin bəzi ərazilərində qaz kəsilib
Bəzi bölgələrə qar yağıb - Faktiki hava açıqlanıb
Cəmiyyət 12:03
Bəzi bölgələrə qar yağıb - Faktiki hava açıqlanıb
Muğanlı-İsmayıllı yolunda torpaq sürüşməsi baş verib - AAYDA
Cəmiyyət 11:41
Muğanlı-İsmayıllı yolunda torpaq sürüşməsi baş verib - AAYDA
Professor Lalə Əlizadə vəfat edib
Cəmiyyət 11:12
Professor Lalə Əlizadə vəfat edib
Planetin “ağciyərləri” təhlükə altındadır - beynəxalq meşələr günü...
Cəmiyyət 10:10
Planetin “ağciyərləri” təhlükə altındadır - beynəxalq meşələr günü...
DİN: Bir gündə 47 cinayət açılıb, 45 axtarışda olan saxlanılıb
Cəmiyyət 10:06
DİN: Bir gündə 47 cinayət açılıb, 45 axtarışda olan saxlanılıb
Arvadını öldürən şəxsə cinayət işi açılıb
Cəmiyyət 09:36
Arvadını öldürən şəxsə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol