Goranboyda döyülən şəxs xəstəxanada ölüb
Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb.
3 gün əvvəl Goranboyda xəsarət alaraq Gəncədə xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər sakinləri 1985-ci il təvəllüdlü E.Ağalı ilə həmyerlisi 1994-cü il təvəllüdlü Ə.Əliyev mübahisə edib.
Mübahisə zamanı E.Ağalı Ə.Əliyevə xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub.