• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
25.03.2026 17:02

Bakıda, eləcə də respublikanın bir sıra bölgələrində müşahidə olunan yağıntılı hava yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.

Bunula bağlı Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən bağlı xəbərdarlıq yayıb.

Bildirilib ki, yağıntılı hava ilə əlaqədar olaraq, Baş Dövlət Yol Polisi sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edir. Sürücülərdən xahiş edirik: Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər. Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsini qorusunlar. Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinsinlər. Yağış, duman və ya çiskin zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər; Zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar. Piyadalara tövsiyə olunur: Yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər. Hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər. Qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar. Unutmayaq ki, çətin hava şəraitində yolda atılan hər bir düzgün addım bir həyatın qorunmasına xidmət edir. Qaydalara əməl edək, təhlükəsizliyi birlikdə təmin edək.

Qeyd edək ki, hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Biləsuvarda qəza- 4 nəfər xəsarət aldı
Cəmiyyət 18:16
Biləsuvarda qəza- 4 nəfər xəsarət aldı

Göyçayda qamışlıq ərazidə yanğın
Cəmiyyət 17:44
Göyçayda qamışlıq ərazidə yanğın
DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Cəmiyyət 17:02
DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Gəncədə qadın Nizami məqbərəsində körpüdən yıxılıb
Cəmiyyət 16:25
Gəncədə qadın Nizami məqbərəsində körpüdən yıxılıb

Tərtərdə qəza- 2 qardaş ölüb
Cəmiyyət 15:43
Tərtərdə qəza- 2 qardaş ölüb

Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Cəmiyyət 14:46
Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Xəzərdə zəlzələ olub
Cəmiyyət 14:25
Xəzərdə zəlzələ olub

Bu yolda sürət həddiendirilib
Cəmiyyət 14:14
Bu yolda sürət həddiendirilib

Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılıb
Cəmiyyət 14:00
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol