• $
  • £

Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib - Video - Yenilənib

Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib - Video - Yenilənib
28.03.2026 18:46

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Nazirlikdən verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.

 

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilib.

Nazirlikdən verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində ümumilikdə 33 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.

 

***

İntensiv yağan yağışlarla əlaqədar paytaxtın Binəqədi və Suraxanı rayonları ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması səbəbindən vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb edilib. Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 4-ü azyaşlı olmaqla ümumilikdə 9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirib, tapşırıqlar verib - Yenilənib
Cəmiyyət 19:16
BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirib, tapşırıqlar verib - Yenilənib
Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib - Video - Yenilənib
Cəmiyyət 18:46
Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib - Video - Yenilənib
Lənkəranda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 18:25
Lənkəranda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb
Xaçmazda yaşayış evlərini su basıb,22 nəfər təxliyə edilib - Video
Cəmiyyət 15:10
Xaçmazda yaşayış evlərini su basıb,22 nəfər təxliyə edilib - Video
Respublikanın əksər çaylarında sululuq artıb
Cəmiyyət 14:15
Respublikanın əksər çaylarında sululuq artıb
Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib
Cəmiyyət 13:49
Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib
Bakıda intensiv yağışlar davam edəcək, subasma gözlənilir -SABAHIN HAVASI
Cəmiyyət 13:32
Bakıda intensiv yağışlar davam edəcək, subasma gözlənilir -SABAHIN HAVASI
“Biləsuvar” gömrük postunda 56 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
Cəmiyyət 13:13
“Biləsuvar” gömrük postunda 56 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
DİN sutka ərzində 763 çağırışa reaksiya verib
Cəmiyyət 12:46
DİN sutka ərzində 763 çağırışa reaksiya verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol