Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Qazax rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü A.Quliyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox