• $
  • £

Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib

Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
30.03.2026 12:53

Bir neçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə bu gün genişmiqyaslı daxili iməcilik keçirib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, səhər saatlarından Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman həm də məhəllədaxili və ara yollar da yuyulub.

Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Cəmiyyət 12:53
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:29
Sabahın hava proqnozu
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Cəmiyyət 11:30
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:27
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Sumqayıtda mebel sexi yanıb - Video
Cəmiyyət 10:52
Sumqayıtda mebel sexi yanıb - Video
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Cəmiyyət 10:29
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Cəmiyyət 10:03
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 22:31
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:55
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol