Abşeron Gənclər Şəhəriciyində sakinlər zirzəmilərin su basmasına etiraz edir - Video/Yenilənib
İntensiv yağışlardan sonra Abşeron Gənclər Şəhərciyində nasos stansiyasında yaranan problem hazırda aradan qaldırılır. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib.
"Hazırda da nasosxanada bərpa işləri instensiv davam etdirilir. Bu gün ərzində də suyun fasilələrlə verilməsi təmin ediləcək. Nasosxanada yaranan vəziyyət tam həll olunan kimi bütün ünvanlar üzrə suyun verilməsi əvvəlki qrafikə uyğun bərpa ediləcək", - açıqlamada deyiilir.
****
Abşeron Gənclər Şəhəriciyinin sakinləri yaşadıqları mənzillərin zirzəmisinin su basmasından narazılıqlarını bildirir və aidiyyəti qurumların tədbir görməməsindən şikayətlənirlər. Şikayətçilər hazırda yaşadıqları ərazidə etiraz aksiyası keçirir.
Sakinlərin sözlərinə görə, zirzəmilərdə suyun durmadan yığılması mənzilə və şəxsi əşyalarına ziyan vurur, gündəlik həyatlarını çətinləşdirir. Onlar həmçinin məsələni uzun müddətə həll etməyən qurumların fəaliyyətsizliyindən narahatdır.
Sakinlər 3 gündür evlərinə içməli suyun gəlmədiyini də bildirirlər.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu göndərilib.
Sakinlər problemin operativ həllini tələb edirlər və bildirirlər ki, əks halda etiraz aksiyalarını davam etdirəcəklər.
Gülnar Nazimqızı