Mayda 5 gün ardıcıl iş olmayacaq
9 may – Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf etdiyindən, 11 may – Bazar ertəsi də qeyri-iş günü elan olunub.
Bundan əlavə, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə (çərşənbə və cümə axşamı) təsadüf edir. Eyni zamanda, 28 may Azərbaycanda Müstəqillik Günü kimi qeyd olunur.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarına əsasən, Əmək Məcəlləsinə uyğun olaraq, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar vətəndaşlara əlavə qeyri-iş günü veriləcək. Beləliklə, 29 may – cümə günü də qeyri-iş günü elan olunub.
Beş günlük iş həftəsi ilə işləyənlər üçün 27, 28, 29, 30 və 31 may (ardıcıl 5 gün, çərşənbə – bazar ertəsi) qeyri-iş günləri olacaq. Altı günlük iş həftəsi ilə işləyənlər üçün isə 27, 28, 29 və 31 may qeyri-iş günləri, 30 may – şənbə günü isə iş günü olacaq.
Bundan əlavə, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayramdan əvvəlki iş günlərində iş vaxtı bir saat azaldılır.