Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Martın 30-da Bakı şəhərinin Xəzər rayonu, Şağan qəsəbəsində 1985-ci il təvəllüdlü Qamət Teymurov ölü vəziyyətdə tapılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, ilkin araşdırmalar zamanı hadisənin ailə münaqişəsi zəminində qardaşı, 1990-cı il təvəllüdlü Qismət Teymurov tərəfindən ov tüfəngi ilə törədildiyi müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma davam edir.