• $
  • £

Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib

Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
31.03.2026 14:00

Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli Azərbaycan Prezidenti İlham Əliyev-ə müraciət edərək həyat yoldaşının səhhəti və hüquqi vəziyyəti ilə bağlı yardım istəyib.

Müraciətdə qeyd olunur ki, təxminən üç ildir həbsdə olan Nazim Bəydəmirlinin səhhəti son günlərdə pisləşib və o, Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib. Ailə üzvləri onun daha geniş imkanlara malik xəstəxanada müalicə olunmasına ehtiyac olduğunu bildirir.

Fəridə Bəydəmirli həmçinin həyat yoldaşı ilə bağlı məhkəmə prosesləri və mülki mübahisələr fonunda təzyiqlərə məruz qaldıqlarını iddia edir.

Müraciətdə Prezidentdən Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılması üçün göstəriş verilməsi xahiş olunur.

Bəydəmirli 2024-cü ilin sentyabrında 8 il müddətinə həbs edilib. 

O, 2024-cü ilin fevralında  barəsində elan edilən cinayət işinə xitam verilməsi üçün prezidentə müraciət edib.  Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu müddət daha sonra  3 ay uzadılıb. 
 
Nazim Bəydəmirli və müdafiəçiləri onun həbsini Gədəbəyin Söyüdlü kəndində baş vermiş olaylarla bağlayır. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarına görə, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edib, ondan 50 min manat pul istəyib

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər
AYNA: bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
Cəmiyyət 15:02
AYNA: bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Cəmiyyət 14:00
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Cəmiyyət 13:46
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Cəmiyyət 13:32
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Cəmiyyət 13:22
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Cəmiyyət 13:19
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Cəmiyyət 13:17
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Cəmiyyət 13:12
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Cəmiyyət 13:02
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol