Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var
Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Gözbarax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" və "VAZ-2109" markalı avtomobillər toqquşub, nəticədə iki nəfər xəsarət alıb.
Qeyd edək ki, qəza zamanı xəsarət alanlardan biri - "VAZ-2107"nin sürücüsü Ramazan Mahmudov Vətən müharibəsi şəhidi Natiq Mahmudovun atasıdır.
Son xəbərlər
Daha çox