Astarada 100 kq-dan çox narkotik vasitə aşkarlanıb
Azərbaycan Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Komitənin məlumatına görə, “Astara” gömrük postunda “kələm” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.
Yoxlama zamanı yükün içərisində gizlədilmiş şəkildə qablaşdırmalarla birlikdə ümumi təmiz çəkisi 43 kq 565 qram həşiş və 58 kq 955 qram həşiş qətranı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.