Ağdam, Füzuli və Xocavənddə Bərpa, Tikinti və İdarəetmə Xidmətinə yeni rəhbər təyin edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə Təranə Quliyeva rəhbər təyin edilib.
Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb. Hazırda o, Telesəhər proqramının aparıcısıdır və bu fəaliyyətini də davam etdirəcək.